ASK prezidenti Özbəkistanın ölkəmizdəki səfirini qəbul edib

Xəbərlər

03.09.2020 - 14:25

cedabet dərman SEO Xidməti

Görüşdə iqtisadi, humanitar, mədəni əlaqələrin genişləndirilməsi üçün əməkdaşlığın davam etdirilməsi qərara alınıb

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında iqtisadi əlaqələr inkişaf etməkdədir. Bu il Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə keçirilən Zirvə görüşündən sonra bu əməkdaşlığın yeni mərhələsi başlayıb. AYNA xəbər verir ki, Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov ilə Azərbaycan Respullikası Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev arasında keçirilən görüşdə də ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın inkişaf istiqamətlərinə və prioritet sahələrlə bağlı müzakirələrə həsr edilib.

 

M.Musayev səfiri salamlayaraq yeni təyinatı münasibətilə onu təbrik edib və işlərində uğurlar arzulayıb. Özbəkistana olan səfərlərini və orada keçirilən biznes forumların səmərəli olduğunu qeyd edən Konfederasiyanın prezidenti Daşkəndin ona doğma şəhər olduğunu vurğulayıb.

 

Səfir B.Aşrafxanov xoş sözlərə görə ASK prezidentinə təşəkkür edərək sentyabrın 4-də Özbəkistanda MDB dövlətlərinin sahibkarlıq üzrə palatalarının görüşündə M.Musayevin fəxri qonaq qismində çıxış edəcəyini bildirib. “Özbəkistanda çalışan sahibkarların və onları təmsil edən qurumların konfederasiya ilə əməkdaşlığa böyük marağı var və bu əməkdaşlığımız əminəm ki, hər iki dövlət üçün faydalı olacaqdır”, - deyə səfir vurğulayıb.

 

Səfir Ələt iqtisadi zonasında Özbəkistan və Azərbaycan sahibkarlarının

müəssisələrinin tekstil, ərzaq, dərman istehsalı sahəsində birgə müəssisələr yarada biləcəyini qeyd edib. O, bildirib ki, hazırda Özbəkistan şirkətinin iştirakı ilə Hacıqabulda avtomobil zavodu inşa olunur və orada “General Motors” ilə birlikdə avtomobil istehsal etmək planlaşdırılır. Azərbaycanda yetişdirilən fındıq, nar sortlarına Özbəkistanda böyük maraq olduğunu vurğulayan səfir bununla bağlı regionlara səfər etdiyini bildirib.

 

B.Aşrafxanov Bakını Özbəkistana gedən tranzit yüklər üçün mərkəz funksiyası daşımasını arzuladığını bildirərək bununla bağlı konkret işlər görüldüyünü söyləyib.

 

M.Musayev səfiri maraqlandıran sahələrlə bağlı, ASK-nın İdarə Heyətində təmsil olunan assosiasiyalar barədə səfirə məlumat verib. Azərbaycan sahibkarlarının Özbəkistana böyük marağının olduğunu qeyd edərək, iki türk dövləti arasında iqtisadi əməkdaşlığın genişlənməsi naminə qarşıya qoyulan hədəflərə çatmaq üçün ASK-nın əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

 

Görüşün sonunda iki ölkə arasında iqtisadi, humanitar, mədəni əlaqələrin genişləndirilməsi üçün Azərbaycan Sahibkarlar Konfederasiyası ilə səfirlik arasında əməkdaşlığın davam etdirilməsi qərara alınıb. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş