“Arxa cəbhə” -  Azərbaycanlı jurnalist İsrail-HƏMAS müharibəsindən film çəkdi - VİDEO

Ayna TV

10.11.2023 - 14:49

Sənədli filmdə Qüds və Təl-Əviv sakinlərinin, rəsmilərin, əsirlərin ailə üzvlərinin müsahibələri yer alıb

Azərbaycanlı jurnalist Kamran Qasımov İsrail-HƏMAS müharibəsindən bəhs edən sənədli film hazırlayıb. AYNA xəbər verir ki, “Arxa cəbhə” adlanan sənədli filmdə İsrail-Fələstin müharibəsinin tarixinə ekskurs olunur.

Bununla yanaşı, filmdə Qüds və Təl-Əviv sakinlərinin, rəsmilərin, HƏMAS tərəfindən əsir götürülmüş insanların ailə üzvlərinin müsahibələri yer alıb.

Filmin çəkilişləri Qüds, Təl-Əviv və Lod şəhərlərində aparılıb. 

Qeyd edək ki, sənədli film "AzernewMedia" kanalında yayımlanıb. 

Müəllif: Ayna.az