Məqsəd əhalini maarifləndirməkdir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu “ABAD” publik hüquqi şəxslə birgə yeni maarifləndirici layihəyə start verib. İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AYNA-ya verilən məlumata görə, layihə çərçivəsində Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri istehlakçıları maraqlandıran müxtəlif mövzularla çıxış edəcək, ABAD-ın dəstək verdiyi qida sahəsində fəaliyyət göstərən abadçılar öz fikirlərini izləyicilərlə bölüşəcək.
Layihənin keçirilməsində məqsəd əhaliyə qida təhlükəsizliyi, eləcə də sağlam qidalanma ilə əlaqədar maarifləndirməkdir.
Layihə çərçivəsində hazırlanmış ilk videoçarxda arıçıları və istehlakçıları maraqlandıran aktual suallardan biri olan “Təbii balı saxta baldan necə fərqləndirmək olar?” mövzusuna aydınlıq gətirilib.