Aprelin 11-nə hava proqnozu

Xəbərlər

10.04.2020 - 13:17

Həkimlər Klinikalar SEO Xidməti

Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq

 

Aprelin 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə duman, çiskin olacaq. 

 

Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti, Bakıda gecə 7-9° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % olacaq.

 

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə: Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş