Aprel ayı üzrə pensiyalar tam ödənilib

Xəbərlər

15.04.2021 - 10:36

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödənilib

 

Ölkə üzrə aprel pensiyaları tam ödənilib. AYNA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

 

Aprelin 8-dən başlayaraq əvvəlcə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, aprelin 15-də isə bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödənilib.

 

Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Müəllif: Ayna.az