Antiterror tədbirləri zamanı yaralanan zabitimiz vəfat edib

Xəbərlər

07.04.2024 - 23:16

cedabet dərman SEO Xidməti

Bağırov Ülvi Hənifə oğlu müalicə olunduğu tibb müəssisəsində dünyasını dəyişib

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror tədbirləri zamanı ağır yaralanmış Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu müalicə olunduğu tibb müəssisəsində aprelin 7-də vəfat edib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Müdafiə Nazirliyinin rəhbərliyi şəhid zabitimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət etsin!

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş