Ankarada Türkiyə və İran müdafiə nazirləri arasında görüş keçirilib

Dünya

02.10.2025 - 17:54

Nümayəndə heyətləri arasında danışıqlar aparılıb

Ankarada Türkiyə və İran müdafiə nazirləri arasında görüş keçirilib.

AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​Türkiyədə səfərdə olan İranın müdafiə naziri Əziz Nəsirzadəni qəbul edib.

Qarşılanma mərasimindən sonra nümayəndə heyətləri arasında danışıqlar aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş