Anar Kərimovdan kinoteatrların açılması ilə bağlı AÇIQLAMA

Mədəniyyət

25.09.2021 - 09:30

Mədəniyyət naziri kinoteatrların açılması ilə bağlı qərara münasibət bildirib

"Operativ Qərargahla apardığımız konstruktiv danışıqlar nəticəsində oktyabrın birindən teatr, kinoteatr və konsert zalları açıq elan ediləcək".

AYNA xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

"Amma burada müəyyən şərtlər var. Belə ki, pandemiya qaydalarına riayət etməliyik, yəni, zallar 50 faizdən çox doldurulmamalı, COVID pasportu ilə giriş və zalların dezinfeksiya edilməsi təmin olunmalıdır. Mədəniyyət Nazirliyi olaraq fəaliyyət başladıqdan sonra ciddi nəzarət olunacaq ki, bu qaydalara ciddi nəzarət olunsun. Nəticə etibarilə insanların virusa yolxumasina səbəb yaranmasın", nazir bildirib.

Müəllif: Ayna.az