Komitə sədri ana və uçaq ölümlərindən danışıb
"Son illər Azərbaycanda ana və uşaq ölümlərinin sayında azalma olsa da, bu istiqamətdə müvafiq orqan və Milli Məclisin Səhiyyə komitəsinin qarşısında görüləcək işlər hələ çoxdur".
AYNA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, bu sahədəki rəqəmlər MDB məkanı ilə müqayisədə aşağı olsa da, Avropa və dünyanın bəzi ölkələri ilə müqayisədə qaneedici deyil.
"Ona görə də bu istiqamətdə görüləcək işlər gücləndirilməlidir", - komitə sədri vurğulayıb.