Almatıdan Bakıya daha bir reys dayandırıb

Xəbərlər

09.01.2022 - 19:49

Həkimlər Klinikalar SEO Xidməti

Digər tarixlər üçün olan uçuşların ləğv edilməsi barədə məlumat dəqiqləşdirilir

Qazaxıstanın “Air Astana” aviaşirkəti Almatı-Bakı-Almatı istiqaməti üzrə yanvarın 9-na planlaşdırılan daha bir reysini ləğv edib. Bu barədə AYNA-ya Heydər Əliyev adına Beynəlxalq Aeroportundan məlumat verilib.

"Hazırda aviaşirkət növbəti (bu həftənin ikinci) reysini ləğv edib. Digər tarixlər üçün olan uçuşların ləğv edilməsi barədə məlumat dəqiqləşdirilir", - deyə Aeroportdan bildiriblər.

Qeyd edək ki, Almatı-Bakı reysini həyata keçirən təyyarə Bakıda saat 20:50-də, saat 21:50-də əks istiqamətdə uçmalı idi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş