Olaf Şolts: "Biz mümkün olan hər şeyi etməli və...”
Almaniya kansleri Olaf Şolts Solingen şəhərində baş verən hücumdan sonra hüquq-mühafizə orqanlarının ölkədə qeyri-qanuni olaraq məskunlaşan mühacirlərin deportasiyasının miqyasını artıracağını bildirib. AYNA xəbər verir ki, bu barədə Avropa mətbuatı yazıb.
"Biz mümkün olan hər şeyi etməli və Almaniyada qalmasına icazə verilməyənlərin vətənlərinə qaytarılmasını və deportasiya edilməsini təmin etməli olacağıq", kansler qeyd edib.
Şolts festivalda baş verən hücumu ölkədəki bütün insanlara qarşı terror adlandırıb.
Media hücumdan sonra Almaniya hökumətinin miqrasiya siyasətinə görə tənqid edildiyini xatırladır.