Almaniya Ukraynaya sülhməramlı qoşunlar göndərməyə hazırdır

Dünya

05.12.2024 - 12:11

Həkimlər Klinikalar SEO Xidməti

“Almaniya Ukraynada davamlı sülhün bərqərar olmasına töhfə verəcək istənilən təşəbbüsü dəstəkləməyə hazırdır”

“Almaniya Ukraynada davamlı sülhün bərqərar olmasına töhfə verəcək istənilən təşəbbüsü dəstəkləməyə hazırdır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Almaniyanın Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbok deyib.

Berbok qeyd edib ki, onun hökuməti sülh sazişi bağlanacağı təqdirdə Ukraynaya əsgər göndərmək imkanını nəzərdən keçirməyə hazırdır.

"Alman tərəfi gələcəkdə sülhə xidmət edən hər şeyi dəstəkləyəcək", Berbok vurğulayıb.

Müəllif: Ayna.az