Altı ay müddətində Fransa, Lüksemburq, Hollandiya, Belçika və Danimarka ilə sərhəddə nəzarət tətbiq ediləcək
Sentyabrın 16-dan Almaniyanın quru sərhədlərində miqrasiya siyasətinin sərtləşdirilməsi çərçivəsində nəzarəti gücləndirəcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Nazirliyin məlumatına görə, altı ay müddətində Fransa, Lüksemburq, Hollandiya, Belçika və Danimarka ilə sərhəddə nəzarət tətbiq ediləcək. Səyyar və stasionar polis postları quraşdırılacaq. Tədbir həmçinin ölkəyə girişin rədd edilməsini nəzərdə tutur.
DİN xatırladıb ki, Polşa, Çexiya, Avstriya və İsveçrə ilə sərhədlərdə ötən ilin oktyabr ayından Almaniyaya girişdən imtinaya icazə verən yoxlamalar artıq həyata keçirilir.
Nazirlik iddia edir ki, sərhəd nəzarəti o cümlədən islamçı qrupların tərəfdarlarından müdafiəni təmin edəcək. Nazirlik öz qərarında Almaniyanın üzərinə düşən ümumi miqrasiya yükünü, o cümlədən bir milyondan çox ukraynalı qaçqının, eləcə də digər ölkələrdən sığınacaq axtaran şəxslərin inteqrasiyası zərurətini də nəzərə alıb. Berlin sərhəd nəzarəti ilə bağlı Avropa Komissiyasını xəbərdar edib.