Finlandiya Prezidenti İranın Naxçıvana hücumu ilə əlaqədar ölkəmizə dəstəyini ifadə edib
Martın 10-da Finlandiya Prezidenti Aleksandr Stubb Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən bildirilib.
Aleksandr Stubb İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumu ilə əlaqədar ölkəmizə dəstəyini ifadə edib.
Azərbaycan Prezidenti telefon zənginə və göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Prezident İlham Əliyevlə Prezident Aleksandr Stubbun görüşləri və həmin görüşlər zamanı ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı aparılmış müzakirələr məmnunluqla xatırlanıb.
Azərbaycan və Finlandiya prezidentləri əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.