Təyyarədə olan 72 nəfərdən 6-sı sağ qalıb: onlar xəstəxanaya çatdırılıb
AZAL-ın Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsində olanlardan 6 nəfəri sağdır. AYNA Qazaxıstan mediasına istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, təyyarədə olan 72 nəfərdən 6-sı sağ qalıb. Onlar xəstəxanaya çatdırılıb.
Vəziyyətlərinin ağır olduğu bildirilir.
Qeyd edək ki, AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.
Təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib. Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.