Lyayen: "Makromaliyyə yardımı kimi daha 2 milyard avro ayrılacaq"
Avropa İttifaqı (Aİ) yaxın vaxtlarda Ukraynaya 2 milyard avro məbləğində makromaliyyə yardımı göstərmək niyyətindədir.
AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Aİ-nin Praqada keçirilən qeyri-rəsmi sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
“Yaxın günlərdə Ukraynaya makromaliyyə yardımı kimi daha 2 milyard avro ayrılacaq”, - o deyib. AK rəhbəri həmçinin vurğulayıb ki, Aİ ölkələri rəsmi Kiyevə hərbi və maliyyə yardımını davam etdirəcək.