No Qvanq Çol və Kim Yonq Bok sanksiya siyahısına daxil edilib
Avropa İttifaqının (Aİ) rəsmi jurnalında dərc olunan məlumata görə, Aİ-nin yeni anti-Rusiya sanksiyaları paketinə Şimali Koreyanın müdafiə naziri və Şimali Koreya ordusunun Baş Qərargah rəisinin müavini də daxildir.
AYNA xəbər verir ki, sanksiya siyahısına Şimali Koreyanın müdafiə naziri No Qvanq Çol və Koreya Xalq Ordusunun Baş Qərargah rəisinin müavini Kim Yonq Bokun adı sanksiya siyahısına “Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə xələl gətirən və təhdid edən hərəkətləri dəstəkləməsi” ilə bağlı daxil edilib.
Sanksiyalar jurnalda dərc olunandan dərhal sonra, bu gün qüvvəyə minib.