Prezident İlham Əliyev Toivo Klaarı qəbul edib
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana gəlib. AYNA xəbər verir ki, T.Klaarın Bakıda görüşləri iki gün davam edəcək.
Aİ rəsmisi bildirib ki, təmsil etdiyi qurumun Cənubi Qafqazda sülh və sabitlikdə böyük marağı var: “Gərginliyin azaldılması və ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəhbərliyi ilə ilkin şərt olmadan əsaslı danışıqlar prosesinə qayıtmaq vacibdir”.
Onu da bildirək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev T.Klaarı qəbul edib.