Aİ-də Kiyevə Rusiya aktivləri ilə kreditin verilməsi barədə konsensus yoxdur

Dünya

01.10.2025 - 19:45

"Biz mümkün qədər tez təzminat krediti verməyə çalışırıq, lakin təbii ki, hələ ki, bütün üzv dövlətlər bunu dəstəkləmir”

Rusiya Mərkəzi Bankının dondurulmuş aktivləri əsasında Ukraynaya kreditin verilməsi ilə bağlı Avropa İttifaqı (Aİ) ölkələri arasında vahid mövqe yoxdur. AYNA.AZ “RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas deyib.

Kopenhagendə Avropa liderlərinin qeyri-rəsmi sammiti ərəfəsində o bildirib: "Biz mümkün qədər tez təzminat krediti verməyə çalışırıq, lakin təbii ki, hələ ki, bütün üzv dövlətlər bunu dəstəkləmir. Hələ çox iş görülməlidir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş