AHİB-in iclası keçirilib

Xəbərlər

01.01.2021 - 12:23

Həkimlər Klinikalar SEO Xidməti

Təşkilatın Nizamnaməsi təsdiq edilib

 

30 dekabr 2020-ci il tarixdə Azərbaycan Həkimləri İctimai Birliyinin (AHİB) təşkilat komitəsinin üzvlərinin təsis yığıncağı keçirilib. AYNA-nın məlumatına görə, iclasa Qorxmaz İbrahimli sədrlik edib.

 

Yığıncaq təşkilatın 2 nəfərdən ibarət təsisçilərini seçib. Sonra yekdilliklə 7 nəfərdən ibarət İdarə heyəti seçilib. Heyətin üzvləri Qorxmaz İbrahimli, Akif Əfəndiyev, Elşən Həsənov, Vasif İsmayıl, Adil Qeybulla, Ədalət Rüstəm və Aydın Əliyevdən ibarətdir. Adil Qeybulla təşkilatın sədri, Aydın Əliyev isə sədr müavini seçilib.

 

İclasda, həmçinin təşkilatın Nizamnaməsi müzakirə olunaraq təsdiq edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş