Ağsuda yanğın olub

Hadisə

17.08.2025 - 13:19

Dördotaqlı evin tavanı yanıb

Ağsu şəhərində ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin tavanı 25 m² sahədə yanıb.

AYNA.AZ bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş