Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb
Ağdərə rayonunda yanğın olub. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, ümumi sahəsi 120 m² olan tikilinin döşəməsi 60 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.