Naməlum şəxslər bayram yolkasına od vurublar
Ağdaş rayonunda qəribə hadisə baş verib. AYNA xəbər verir ki, rayonun mərkəzi meydanında Yeni il münasibəti ilə bəzədilmiş ənənəvi şam ağacı yanıb
Belə ki, naməlum şəxslər gecə radələrində şam ağacı istiqamətinə fişəng atdıqları üçün yolka alovlanmağa başlayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.