Ağdaşda qanunsuz ağac kəsən şəxs müəyyən edilib

Xəbərlər

25.11.2023 - 21:36

Keçirilmiş tədbirlərlə həmin şəxs müəyyən olunub

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, rayonun Ağzıbir kəndindəki meşə massivində 3 ağacın kəsilməsi barədə şöbəyə məlumat daxil olub.

Keçirilmiş tədbirlərlə həmin şəxs müəyyən olunub və onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş