Ağdaşda partlayış: bir nəfər ölüb

Hadisə

10.03.2026 - 13:16

78 yaşlı kişi su qızdırıcısının partlaması nəticəsində ölüb

Ağdaşda yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, Ağdaş şəhər sakini, 78 yaşlı Zakir Rəsulov yaşadığı evin hamam otağında su qızdırıcısının partlaması nəticəsində ağır yanıq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş