Bitişik tikili yanğından mühafizə olunub
Ağdamda beşotaqlı ev yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirib ki, Ağdam rayonunun Qaradağlı kəndində ümumi sahəsi 150 kvadratmetr olan kürsülü birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.
Bitişik tikili yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.