Ağdamda əmək yarmarkası keçirilir

Xəbərlər

26.04.2024 - 13:32

200-dən çox vakansiya təklif olunur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkası Ağdam rayonunun Quzanlı qəsəbəsində təşkil olunub.

AYNA xəbər verir ki, Olimpiya İdman Kompleksində keçirilən yarmarkada işsiz və işaxtaran şəxslərə 14 müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 200-dən çox vakansiya təqdim edilir.

Yarmarka iştirakçılarına Agentliyin icra etdiyi layihə və tədbirlər barədə də ətraflı məlumat verilir.

Müəllif: Ayna.az