Ağdamda 94 yaşlı kişini avtomobil vuraraq öldürüb

Hadisə

20.10.2024 - 01:41

Həkimlər Klinikalar SEO Xidməti

Ağdamda piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Ağdamda 94 yaşlı kişini avtomobil vurub. AYNA-nın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Zəngişalı kəndində baş verib.

 

Yolu keçərkən kənd sakini Mahmudov Sokratı hərəkətdə olan "Mercedes" markalı avtomobil vurub.

Yaralı S.Mahmudov Ağdam Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş