Ağdam rayonunda FHN-in yerli strukturu fəaliyyətə başlayıb

Xəbərlər

17.12.2020 - 13:22

Həkimlər Klinikalar SEO Xidməti

FHN-in yanğından mühafizə bölməsi Qızıl Kəngərli kəndində yerləşir

 

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad olunan ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir. AYNA nazirliyin saytına istinadla xəbər verir ki, Ağdam rayonunun Qızıl Kəngərli kəndində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölməsi fəaliyyətə başlayıb. Bölmə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqla təchiz edilib.

 

Xatırladaq ki, bundan əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş