“Los-Ancelesdə qeyri-qanuni mühacirlərin deportasiyasına etirazlar iğtişaşdır”
“Kaliforniya ştatının Los-Anceles şəhərində qeyri-qanuni mühacirlərin deportasiyasına qarşı keçirilən etirazlar iğtişaşdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller “X” sosial şəbəkə hesabında yazıb.
Miller nümayişçilərin ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları tərəfindən saxlanılan miqrantların saxlanma mərkəzini necə mühasirəyə aldığını əks etdirən videoyazıya münasibət bildirdiyi videonu belə şərh edib.
Qeyd edək ki, ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) reydi Los-Ancelesdə iğtişaşlara səbəb olub. Qeyri-qanuni mühacirlərin saxlanması, aralarında məmurların da olduğu etirazçılarla polis əməkdaşları arasında toqquşma ilə başa çatıb.