Elmin Əlizadə AFFA tərəfindən təşkil olunan liqaların iştirakçısı olub
AFFA noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan əsgər Elmin Əlizadə ilə bağlı paylaşım edib.
AYNA xəbər verir ki, Assosiasiyanın instaqram səhifəsində edilən paylaşımda bildirilir: “Noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan əsgər Əlizadə Elmin Samir oğlu 2013-2016-cı illər ərzində UGİM Mingəçevir komandasının tərkibində AFFA tərəfindən təşkil olunan liqaların iştirakçısı olub.
Futbol ictimaiyyəti adından bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbir diləyirik. Allah rəhmət eləsin!”.
Xatırladaq ki, Ermənistanın təxribatı nəticəsində Azərbaycanın 7 hərbçisi şəhid olub, 10-u yaralanıb.