Qəbul edilən blok-qatarların sayı 2 dəfədən çox artıb
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin 6 ayında Çindən 199 blok-qatar qəbul edib. AYNA.AZ xəbər verir ki, bu barədə ADY-dən bildirilib.
Qeyd olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artım deməkdir.
İlin birinci yarısında ümumilikdə blok-qatarlarla 20 min TEU yük daşınıb, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.