Ülvi Həsənli və Məhəmməd Kekalovun həbs müddəti uzadılıb
"Abzas Media"nın direktoru Ülvi Həsənli və onun müavini Məhəmməd Kekalovun həbs müddəti uzadılıb. AYNA xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında onların barəsində olan həbs qətimkan tədbiri üç ay müddətinə uzadılıb.
Qeyd edək ki, Ü.Həsənli və M.Kekalov ötən ilin noyabrın ayında "Abzas Media" işi ilə əlaqədar saxlanılıblar. Daha sonra isə onların barələrində həbsqətimkan tədbiri seçilib.
Xatırladaq ki, onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə təqsirli bilinirlər.