Abşeronda yol tikintisinə 1.4 milyon manat ayrılıb

Xəbərlər

04.07.2022 - 15:39

Həkimlər Klinikalar SEO Xidməti

Prezident İlham Əliyev yol tikintisi ilə bağlı Sərəncam imzalayıb

Prezident İlham Əliyev Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi ilə bağlı Sərəncam imzalayıb.

AYNA xəbər verir ki, Sərəncama əsasən, Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş