Abşeronda qadının qətli ilə bağlı cinayət işi başlanılıb

Hadisə

13.12.2023 - 09:38

Həkimlər Klinikalar SEO Xidməti

Dekabrın 12-si saat 20 radələrində Abşeron rayonu ərazisində 1994-cü il təvəllüdlü Arzu Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə AYNA-ya Abşeron rayon prokurorluğundan bildirilib.

Araşdırmalarla 1961-ci il təvəllüdlü Eynulla Quliyevin rayonun Fatmayı kəndi ərazisində kəsici-deşici alətlə Arzu Rəhimovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Eynulla Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş