Abşeronda açıq sahədə yanğın olub

Hadisə

22.08.2025 - 22:29

Yanğın nəticəsində 3 hektar sahədə quru ot və kol-kos yanıb

Abşeron rayonunda açıq sahədə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA.AZ-a bildirilib ki, “112” qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 3 hektar sahədə quru ot və kol-kos yanıb. Ərazidəki ağaclar yanğından mühafizə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş