Abşeronda 19 yaşlı oğlan məzarlıqda bıçaqlanıb

Hadisə

26.03.2023 - 17:51

Hadisə Digah qəsəbə qəbiristanlığında qeydə alınıb

Abşeronda qəbiristanlıqda bıçaqlanma hadisəsi olub. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Abşeron rayonu Digah qəsəbə qəbiristanlığında qeydə alınıb.

Abşeron rayon sakini Həsənzadə Əhəd Səyavuş oğlu 2004-cü il təvəllüdlü Məmmədli Əhməd Ramil oğlunu bıçaqlayıb.

Faktla bağlı Abşeron RPİ-də CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Müəllif: Ayna.az