“Tramp və Netanyahu HƏMAS-a ultimatum təqdim etməyi nəzərdə tutan yeni təklif üzərində işləyirlər”
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu Fələstinin HƏMAS hərəkatına ultimatum hazırlayır. AYNA.AZ xəbər verir ki, bu barədə Amerikanın “New York Times” qəzeti mənbəsinə istinadən məlumat yayıb.
“Tramp və Netanyahu HƏMAS-a ultimatum təqdim etməyi nəzərdə tutan yeni təklif üzərində işləyirlər”, - nəşr qeyd edib.
Ultimatumun şərtlərinə görə, HƏMAS fələstinli məhbusların azad edilməsi müqabilində qalan girovları azad etməli və hərəkatın tərksilahı da daxil olmaqla, hərbi əməliyyatların dayandırılması şərtləri ilə razılaşmalıdır. Əks halda İsrail ordusu kampaniyasını davam etdirəcək.