ABŞ Tramp-Putin görüşü zamanı Ankoric üzərində səmanı bağlayacaq

Dünya

12.08.2025 - 13:59

Səma 48,3 kilometr radiusda və 5,5 kilometr yüksəklikdə bağlanacaq

Avqustun 15-də ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin görüşü zamanı ABŞ Alyaskanın Ankoric şəhəri üzərində hava məkanını bağlayacaq. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) bildirişində qeyd olunub.

Bildirilib ki, səma 48,3 kilometr radiusda və 5,5 kilometr yüksəklikdə bağlanacaq. Məhdudiyyətlər avqustun 16-da aradan qaldırılacaq.

Qeyd edək ki, Tramp avqustun 8-də bildirib ki, o avqustun 15-də Alyaskada Putinlə görüşməyi planlaşdırır. Sonra bu danışıqların planlarını Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təsdiqləyib. Onun sözlərinə görə, liderlər Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə nizamlanmasına nail olmaq variantlarının müzakirəsinə diqqət yetirəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş