ABŞ Senatı Azərbaycana yardımı dayandıran qanun qəbul edib

Siyasət

16.11.2023 - 20:36

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan edilib

ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan S.3000 qanun layihəsini təsdiqləyib.

AYNA xəbər verir ki, bu barədə ABŞ Senatının saytında bildirilir.

Qanun Azərbaycan ilə bağlı 907-ci düzəlişi dayandırmaq istəməməyi nəzərdə tutur ki, bu da ölkəyə qarşı dostcasına olmayan addımdır.

Azadlığa Dəstək Aktına edilən 907-ci düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan edilib.

907-ci düzəliş 2002-ci ildən bəri ABŞ prezidenti tərəfindən hər il dayandırılır.

Qərar qüvvəyə minməzdən əvvəl Nümayəndələr Palatası tərəfindən təsdiq edilməli və prezident tərəfindən imzalanmalıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş