Emi Karlon şəhid olanların xatirəsini ehtiramla yad edib
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Bakıda Şəhidlər Xiyabanını ziyarət edib.
AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, müvəqqəti işlər vəkili şəhid olanların xatirəsini ehtiramla yad edib və azərbaycanlı ailələrə və dostlara başsağlığı verib.