Qanun layihəsi artıq Senatda təsdiqlənib və imzalanması üçün Prezident Donald Trampa göndərilib
ABŞ Konqresinin Nümayəndələr Palatası hökumət xərclərinin 9 milyard dollar azaldılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. AYNA.AZ xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.
Bunun üçün Hökumətin Effektivliyi Departamenti (DOGE) xarici yardım, eləcə də NPR və PBS yayımçıları üçün maliyyənin kəsilməsini təklif edib.
İclasda 216 iştirakçı layihənin lehinə, 213 nəfər isə əleyhinə səs verib. Qanun layihəsi artıq Senatda təsdiqlənib və imzalanması üçün Prezident Donald Trampa göndərilib.