Nüvə proqramı ilə əlaqəli beş şirkət və bir fiziki şəxsə qarşı sanksiyalar tətbiq edilir
ABŞ İranın nüvə proqramı ilə əlaqəsi olan bir sıra şəxsləri əhatə edəcək şəkildə sanksiyalar siyahısını genişləndirib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında qeyd olunub.
“İranda yerləşən beş şirkət və bir fiziki şəxs İranın nüvə proqramını idarə edən və ona nəzarət edən əsas qurumlara göstərdikləri dəstək üçün sanksiya tətbiq edilir”, - məlumatda vurğulanıb.
Qeyd olunub ki, siyahıya İranın Sentrifuqa Texnologiyaları Şirkəti və İranın Atom Enerjisi Təşkilatı üçün texnologiya istehsal edən və ya satın alan şirkətlər daxildir.