ABŞ bir neçə İran pilotsuz təyyarəsini vurub və PUA idarəetmə mərkəzini məhv edib
ABŞ İranın cənubunda, Hörmüz boğazında yerləşən böyük liman şəhəri olan Bəndər Abbas yaxınlığında bir neçə İran pilotsuz təyyarəsini vurub və PUA idarəetmə mərkəzinə zərbə endirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin mənbəyi bildirib ki, "ABŞ Mərkəzi Komandanlığı qüvvələri ticarət gəmisini hədəf alan dörd İran dronunu vurub və Bəndər Abbasda başqa bir İran dronunu da vurub".
Mənbə əməliyyatın "müdafiə xarakteri daşıdığını" vurğulayıb. O ABŞ-ın atəşkəsə sadiq qaldığını əlavə edib.