ABŞ İrana qarşı hücumları bərpa etməyi düşünür

Dünya

13.04.2026 - 14:18

Tehranı güzəştə getməyə məcbur etmək üçün hücumlar məhdud miqyasda bərpa edilə bilər

ABŞ Prezidenti Donald Tramp və onun müşavirləri Pakistanda İranla nəticəsiz danışıqlardan sonra İslam Respublikasına qarşı hücumların bərpası imkanlarını araşdırırlar. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Məlumata görə, Tehranı güzəştə getməyə məcbur etmək üçün hücumlar məhdud miqyasda bərpa edilə bilər.

İranın tammiqyaslı bombardmanının yenidən başlaması ehtimalı istisna edilmir. Lakin bu variantın ABŞ-ın gələcək hərəkətləri üçün ehtimalı azdır, çünki bu, regiondakı vəziyyəti qeyri-sabitləşdirmək və Vaşinqtonu uzunmüddətli silahlı münaqişəyə cəlb etmək riskini daşıyır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş