“Lakin İsrailin zərbələri davam etdirdikcə heç bir diplomatiyadan söhbət gedə bilməz”
“İsrail İran ərazisinə hücumlar həyata keçirdiyi müddətdə Tehran danışıqlarda iştirak etməyəcək”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Onun sözlərinə görə, ABŞ İrana danışıqlarla bağlı mesajlar göndərib: “Lakin İsrailin zərbələri davam etdirdikcə heç bir diplomatiyadan söhbət gedə bilməz”.