Danışıqlar əsas məsələlərdə fikir ayrılıqları səbəbindən uğursuzluğa düçar olub
ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda əsas məsələlərdə ciddi fikir ayrılıqları olduğuna görə razılıq əldə olunmayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Time” qəzeti mənbəsinə istinadən məlumat yayıb.
"İran Tramp administrasiyası tərəfindən müəyyən edilmiş bir sıra "qırmızı xətlər"ə, o cümlədən uranın zənginləşdirilməsinin dayandırılmasına, bütün əsas zənginləşdirmə qurğularının sökülməsinə və yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılmasına razılıq verməyib", - deyə mənbə vurğulayıb.
Həmçinin qeyd olunub ki, İran nümayəndə heyəti bölgədəki müttəfiq silahlı qrupların maliyyələşdirilməsini dayandırmağa və Hörmüz boğazını keçid haqqı almadan tam açmağa razı olmayıb.
Eyni zamanda, analitik Kamran Boksari hesab edir ki, Amerika nümayəndə heyətinin getməsi Trampın danışıqlar strategiyasında rəqibə təzyiqi artırmağa yönəlmiş "klassik bir addım" idi.