Zərbə qrupunun bölgəyə çatması təxminən bir həftə çəkəcək
ABŞ Müdafiə Nazirliyi “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin zərbə qrupunun Cənubi Çin dənizindən Yaxın Şərqə yerləşdirilməsi barədə göstəriş verib. AYNA.AZ xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Bildirilib ki, “Abraham Lincoln” və onu müşayiət edən üç idarə olunan raket esminesi Cənubi Çin dənizindən çıxarılaraq Ərəbistan dənizi istiqamətində hərəkətə başlayıb.
Zərbə qrupunun bölgəyə çatması təxminən bir həftə çəkəcək.
Köçürmənin Yaxın Şərqdə artan təhlükəsizlik gərginliyi fonunda həyata keçirildiyi qeyd olunur.