ABŞ-ın Türkiyəyə sanksiya tətbiqinə Azərbaycan XİN-dən reaksiya

Siyasət

15.12.2020 - 02:58

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsini qınayıb

 

"S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı birtərəfli şəkildə sanksiyaların tətbiqi qərarını qınayır və Türkiyəyə qarşı atılan bu addımı ikili standartların tətbiq edilməsi kimi qiymətləndiririk".

 

Bu barədə XIN-dən AYNA-ya bildirilib. Qeyd edilib ki, Türkiyə tərəfinin bu məsələni dialoq və diplomatiya yolu ilə həll edilməsi təklifinə müttəfiq ölkə olan ABŞ tərəfindən qarşılıq verilməməsi təəssüf doğurur:

 

"Azərbaycan hər zaman olduğu kimi Türkiyənin yanındadır və onun beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyini dəstəkləyir. Türkiyənin milli təhlükəsizliyini ehtiva edən bu məsələnin dialoq vasitəsilə tezliklə həlli üçün müvafiq təxirəsalınmaz addımların atılmasına çağırırıq".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş