ABŞ-ın Suriyadakı bazasına atəş açılıb

Dünya

22.10.2024 - 12:32

Həkimlər Klinikalar SEO Xidməti

Konoko neft-qaz yatağı yaxınlığında yerləşən ABŞ bazası raket atəşinə tutulub

Suriyanın Deyr əz-Zor əyalətində Konoko neft-qaz yatağı yaxınlığında yerləşən ABŞ bazası raket atəşinə tutulub. AYNA xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bazar ertəsi gecə yarısı Suriyanın şərqindəki Deyr əz-Zorun şimalında, Konoko bazasında Amerika hərbçilərinin raket atəşinə tutulduğunu vurğulayıblar.

Qeyd olunur ki, zərbəyə cavab olaraq Amerika hərbçiləri Havicə Sukr və Əl-Cufra kəndlərini artilleriyadan atəşə tutmağa başlayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş